Mikayıl Müşfiq

Açılsın könlümüz ilk bahar kimi,
Yanaqlar qızarsın güllər içində.
Axalım gülşənə irmaqlar kimi,
Səsimiz gurlasın sellər içində.
Yamandır insanın tez qocalması,
Düşüb yol daşı tək yolda qalması,
Erkən bir ürəyin vərəm alması
Bir də görünməsin ellər içində.
Ömür uzun olsun bizim diyarda,
Kimsə kimsənədən qalmasın arda,
İnsanların günü qışda, baharda
Keçsin şirin-şirin dillər içində.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s