Füzuli – Xanəndə ilə söhbət

fuzuli17

Oldum müğənnilə bir gecə həmdəm
Sirlər dünyasına dolmuşdu aləm

Söylədim sən ey dost, sayqın arxadaş
Məni feyzi-yab et sən yavaş-yavaş

Xanəndə heç bir saz qullanmayaraq
Diliylə şərqilər söylədi ancaq

Sözdən qüvvət alıb o asta-asta
Bilinməz sirləri edirdi ifşa

Sordum ki, bu feyzin qaynaği nədir
Ki zatında yoxdur ozgəlik, kibir

Dedi: ruhanidir gördüyün əsər
Orda nadanlıqdan yoxdur bir xəbər

Özgəyə meyl etmə dost sirrini sən
Özgədən eşitmə eşit özündən

Iradəsiz Neyə sir vermə aman
Versən, eyləyəcək rüsvayi— cahan

Dəflə də dərddaşlıq məsləhət deyil
Bir sillə dəyərsə ifşa edər bil

Çəngi məhrəm etmə iç dünyana sən
Hər yoldan ötənə danışar səndən

Udla dostluq etsən sir vermə saqın
Onda zəka yoxdur itirmiş ağlın

Gizlət sirlərini Tənburdan hər an
Yoxsa eylər səni rüsvayi— cahan

Qanuna sirrini saqin vermə gil
Sirrini faş eylər o, sirdaş deyil

Bu firqəylə görüş haramdır, nədən?
Çünkü sir saxlamaz olmuşlar həmən

Qəza və qədərdən deyilsən agah
Ki necə bir tutruq ərz etmiş ol şah

Tutruqluq sənəti bir istedaddır
Əminlik, əmanət bir yaxşı addır

Cəmadat məhrumdur bu istedaddan
O üzdən bu yüklə yüklənmiş insan

Qoruyub bu sirri naməhrəmlərdən
Onu sahibinə verməlisən sən

Cəmadata etmə içini aşkar
Qəza işlərindən uzaq dur, zinhar!

Sözün hikmətindən qafil olma gil
Söz insan cismində can kimidir bil

Hikmət ərənləri demişlər böylə
Dirilik və ölüm fərqlənir sözlə

Dünyada insandan yalnız qalır ad
Danış ki, yaşamın olmasın bərbad

Ancaq öylə danış sözlər söylə sən
Sonradan utanma xəcalətindən

Öylə qıl sözlərin hər zaman müdam
Həyat qanunu tək eyləsin davam

Batin sirlərini vermə kimsəyə
Zahir əhlinə sən zahirdən söylə

Müğənni, sən qəbul əhlinə varsan
Sözlə və avazla könüllər sarsan

Özgələr vəsfindən çəkin bir təhər
Mənim əhvalımı şərh et müxtəsər

Füzuli sayaqı oturmuşam lal
Izhara sığmayır bu əhval, bu hal

Xoş ol kəs ki, mənə rastlandığım an
Təqvadan danışsın, deyil şarabdan

Şarab vəsfi mənə düşməz o üzdən
Bəllidir şarabın halı əzeldən

Çeviren: Güntay Gəncalp

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s