LEYLA FAİQQIZI – MİNNƏTİN OLSUN Kİ, SEVİRƏM SƏNİ

leyla faiqqızı5

Ay mənim özündən razı sevgilim!
Ömrümün baharı, yazı sevgilim,
Məndən bir az narazı sevgilim
Minnətin olsun ki, sevirəm səni!

Nə olsun ki, vardır şöhrətin, adın
Sadəlik olaydı arzu, muradın,
Alçaq dağları da sən yaratmadın,
Minnətin olsun ki, sevirəm səni!

Mən sənin gözündən itən deyiləm
Yarı yolda qoyub gedən deyiləm,
Mən öz bildiyimi edən deyiləm
Minnətin olsun ki, sevirəm səni!

Mən öz saf eşqimə haram qatmadım,
Sənsiz özgə sevgiləri dadmadım
Mən vəfalı olub səni atmadım,
Minnətin olsun ki, sevirəm səni!

Sən ki vəfasızsan, şahiddir ürək…
Əməlini yada mən salım gərək,
Təkəbbürlü olma, inaddan əl çək!
Minnətin olsun ki, sevirəm səni!

Nə eşq xəstəsiyəm, nə də ki, həkim…
Bu eşqin yükünü niyə tək çəkim?
Səni bu ürəklə kim sevəcək, kim?
Minnətin olsun ki, sevirəm səni!

İstərəm, əzizim, gerçək sevəsən,
Kaş ki, sevdiyinçün minnət edəsən,
Razıram, mənə sən bir gün deyəsən:
“- Minnətin olsun ki, sevirəm səni!…”

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s