Tofiq Hesenli – Əyər gözlərimin içindəsənsə…

tofiq hesenli

Yığışıb gözümün içinə köçdün,
Gözümə bir daha girən olmasın.
Sərirəm üstünə kipriklərimi,
Səni gözlərimdə görən olmasın.

Gözümün ağında yuxulayırsan,
Gözümün qarası sənə balıncdı.
Üstünə sərdiyim kipriklərim də,
Yuxumu kəsməyə neçə qılıncdı.

Gözümə çəkirəm baxışlarımı,
Baxıram nə zaman oyanacaqsan…
Yığıb saxlamışam göz yaşlarımı,
Yuxudan oyanıb yuyunacaqsan.

Gözlərin gözümdən boylanır nəsə…
Gözümün içindən görmürsən məni.
Əyər gözlərimin içindəsənsə,
Bəs niyə yollarda gəzirəm səni..?

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s